Rusiyaya casusluqda şübhəli bilinən azərbaycanlının məhkəməsi Nyu-Yorkda olacaq
10 Oktyabr 2012 10:49 KriminalAralarında Azərbaycan vətəndaşı Sevinc Tağıyevanın da olduğu qrupun işi üzrə məhkəmə ABŞ-ın Nyu-York şəhərində davam etdiriləcək.Bu barədə Hyuston federal məhkəməsinin hakimi Corc Henks məlumat verib.Nyu-Yorkda ilk dinləmələr oktyabrın 17-nə təyin olunub.Xatırladaq ki, oktyabrın 2-də Hyustonda ABŞ-dan qanunsuz olaraq mikroçiplərin çıxarılması ittihamı ilə 8 nəfər saxlanıb. Onlara qarşı müvafiq lisenziya olmadan ABŞ ərazisində yüksək texnologiyaların çıxarılması və casusluqla bağlı ittiham irəli sürülüb.Ümumilikdə 11 nəfərə ittiham irəli sürülsə də, onlardan 8 nəfər saxlanıb. Onların arasında Sevinc Tağıyeva adlı Azərbaycan vətəndaşı da var. Məlumatı Azərbaycan XİN də təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31