Keçmiş məhkumdan narkotik vasitə götürülüb

Yasamal RPİ 27-ci PB əməkdaşları tərəfindən Ağcabədi rayon sakini, Bəxtiyar Quliyev və qardaşı Rahib şübhəli şəxs qismində saxlanılıblar. DİN-dən verilən məlumata görə, Rahib Quliyevin üzərinə baxış zamanı 450 qram marixuana aşkar edilərək götürülüb. Ətraflarında aparılmış tədbirlərlə B.Quliyevin noyabrın 1-də Ağcabədi rayonunda Ülfət Namazova məxsus mağazadan quldurluq yolu ilə 100 manat aparması da müəyyən edilib. Araşdırma zamanı onların hər ikisinin əvvəllər məhkum olduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31