Axtarışda olan qadın saxlanıb

Türkiyədə axtarışda olan qadın Bakıda tutulub. Dindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri (qəsdən adam öldürmə və oğurluq) ilə beynəlxalq axtarışda olan Bakı şəhər sakini Əminə Mirzəyeva saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31