Qadını bıçaqla qətlə yetirdi

Noyabrın 4-də Mingəçevir şəhərində şəhər sakini Pərviz Vəliyev münaqişə zəminində həmyerlisi Yeganə Mustafayevaya bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş Y.Mustafayeva orada dünyasını dəyişib. Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Vəliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31