Xətaidə 6 otaqlı evdə yanğın baş verib
5 Noyabr 2015 12:16 KriminalBakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus hazırda təmir olunan 6 0taqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin mətbəxində 2 ədəd qapı və rəngsaz boyaları 4 kv.m sahədə yanıb. Yanğın zamanı evdə usta işləyən bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq təcili yardım xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31