Avtoqəzada 1 nəfər ölüb
5 Noyabr 2015 12:16 KriminalFövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax magistral avtomobil yolunun Ağsu rayonu ərazisində "Vaz" markalı minik avtomobili qəzaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Yanğınsöndürən-xilasedicilər avtomobildə olan 1970-ci il təvəllüdlü sərnişin Əhmədov Elsəvər Hacı oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31