Gəncədə çay evi yanıb

Gəncə şəhəri, Nizami rayonunda fəaliyyət göstərən çay evində yanğın baş verib. Fövqəladə Hallar Nazieliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli binanın 1-ci mərtəbəsində çay evinin mətbəxində divar kağızı 2 kv.m sahədə və 1 ədəd stul yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31