İnterpolun axtarışında olan azərbaycanlı qadın həbs olundu
5 Noyabr 2015 12:04 KriminalBakıda beynəlxalq axtarışda olan qadın tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri ilə (qətl və oğurluq) 14.11.2000-ci il tarixdən İnterpol vasitəsi ilə axtarılan Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Əminə Mirzəyeva tutulub. Ə.Mirzəyeva Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirəri nəticəsində tutulub. Saxlanılan şəxs Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31