Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus 3 otaqlı evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 143 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının tavanı 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31