Soyğunçu dəstənin bir üzvü saxlanıb

Paytaxtın Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini Orxan Əjdərliyə zor tətbiq edib mobil telefonunu alıblar. DİN-dən verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Hüseynov tutulub. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31