Daha bir vəzifəli şəxs həbs olundu - Korrupsiya, dələduzluq....

Oqtay Rüstəmov işə çıxmır. "Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov həbs olunub. AzNews.az xəbər verir ki, əməliyyat dünən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirlib. Binəqədi rayon Məhkəməsinə aparılan baş mühasib haqda ilkin olaraq 3 aylıq həbsqətimkan tədbiri seçilib. Oqtay Rüstəmov Cinayət Məcəlləsinin 3 maddəsi (vəzifədən sui-istifadə etmə, dələduzluq və korrupsiya) ilə təqsirli bilinib.

Qeyd edək ki, O. Rüstəmov bundan əvvəl Ağdaş və Göyçay Telekommunikasiya Qovşağında sədr vəzifəsində də çalışıb.  "Aztelekom" MMC-dan AzNews.az-a verilən məlumata görə, Oqtay Rüstəmov işə çıxmır: "Oqtay Rüstəmov xəstə olduğu üçün işə gəlmir. Amma o, həbs olunmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31