Azərbaycanda keçmiş məhkum oğurluğa görə həbs edildi

Masallı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində  mağazadan avtomaşın təkərlərini oğurlayan şəxs saxlanılıb.  Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri Masallı rayon Digah kənd sakini Əkbərov Elçin Səftar oğlunun Rayon Polis Şöbəsinə ərizə ilə müraciətindən sonra başlanıb. Belə ki, adı çəkilən şəxs ərizəsində bildirib ki, naməlum şəxs (və ya şəxslər) ona məxsus olan avtomobil ehtiyat hissələri mağazasından 8 ədəd təkər və avtobomil mühərriki üçün 4 litr yağ oğurlayıb.Məlumat əsasında Masallı Rayon Polis Şöbəsi əməkdaşları təcili tədbirlərə başlayıblar. Qısa müddət ərzində hadisəni törədən şəxsi yaxalamaq mümkün olub. Məlum olub ki, avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs mağaza sahibini yaxından tanıyan, hər gün onunla salamlaşan Masallı şəhər sakini 34 yaşlı Fətullayev Zaur Fərasət oğludur. Saxlanılan şəxs tutduğu əməli etiraf edib və bildirib ki, o bu cinayəti ehtiyac ucbatından törədib. Qeyd edək ki, bu, Zaur Fətullayevin ilk məhkumluğu olmayacaq. Bundan öncə narkotiklərin satışı ilə məşğul olarkən tutulan Zaur Fətullayev 2010-cu ildə azadlığa çıxıb. Hazırda Masallı polisi onun digər cinayətlərdə əlinin olub-olmamasını araşdırır. Faktla bağlı AR CM-nin 177.2.3 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31