Abşeronda binada yanğın: 15 sakin təxliyyə edildi
4 Noyabr 2015 10:39 KriminalAbşeron rayonunda yanğın hadisəsi baş verib.
APA-nın məlumatına görə, yanğın rayonun Heydər Əliyev prospektindəki 12 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Belə ki, binanın zirzəmisində elektrik lövhəsindəki çıxış kabelləri qəfil yanmağa başlayıb. Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin Abşeron rayon hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 6-sı azyaşlı olmaqla 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən binadan təxliyə olunub. Daha sonra yanğın söndürülüb.
Binanın şaxtasından keçən kabellər isə, yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31