Gediş haqqını verməyən sərnişin sürücünü də bıçaqladı

Noyabrın 2-də Qusar rayonunun Balaqusar kənd sakini İskəndər Hacıyev RPŞ-yə müraciət edərək noyabrın 1-də idarə etdiyi "VAZ-2106" markalı avtomobilə sərnişin qismində oturmuş naməlum şəxsin Aşağı-Ləyər kəndinə gedəcəyini deməsini, mənzil başına çatdıqda aralarında ödənişlə əlaqədar baş vermiş mübahisə zəminində həmin şəxsin ona bıçaqla boyun nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk etməsini bildirib. İ.Hacıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. DİN-dən verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Saşa Muradov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31