Şəmkir sakinindən 3 kq marixuana götürülüb

Şəmkir rayon sakinində 3 kiloqram narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisində Şəmkir rayon sakini Sabir Vəliyevdən 3 kiloqram 10 qram marixuana götürülüb. Hazırda narkotik vasitənin haradan əldə edilməsini müəyyən etmək istiqamətində iş aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31