Qadının pulunu və əl çantasını alıb qaçan saxlandı

Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Elmira Həsənovaya zor tətbiq edib içərisində 450 manatı və sənədləri olan çantasını alıb hadisə yerini tərk etməyə cəhd göstərərkən həmin şəxs Nizami RPİ PPXB-nin əməkdaşı, polis nəfəri Aygün Səmədova tərəfindən saxlanılıb. Saxlanılan şəxslər 24-cü PB-yə təhvil verilib.Araşdırmalarla onun paytaxt sakini Elçin Xudadatov olması müəyyən edilib. Faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31