Zorla qol saatını alan şəxslər tutulub
3 Noyabr 2015 16:57 KriminalOktyabr ayının 29-da metronun "28 May" stansiyasında şəxsiyyəti məlum olmayan 2 nəfər Göyçay rayon sakini Kamran Əsgərliyə zor tətbiq edib qol saatını alıb. DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakini Rüstəm Rüstəmov tutulub. Ətrafında aparılan araşdırma zamanı onun əvvəllər məhkum olunduğu aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31