Mübahisə edib bıçağı işə saldı

Goranboyda qətl hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, noyabrın 2-də Goranboy rayonunun Nizami kəndindəki çayxanada kənd sakini Rəşad Babayev münaqişə zəminində orada işləyən Həsən Həsənova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş H.Həsənov orada ölüb. Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Babayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31