Soyğunçuluqla məşğul olanlar tutulub
2 Noyabr 2015 15:13 KriminalOktyabrın 31-də Z.Həsənovdan soyğunçuluq yolu ilə alınmış avtomobil Nardaranda tapılıb. Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Zahir Həsənovdan soyğunçuluq yolu ilə alınmış "Opel" markalı avtomobil Nardaranda aşkar olunub. Hadisənin Bakı şəhər sakini Ceyhun Mütəllimzadə tərəfindən törədilməsi də müəyyən edilib. Bundan başqa, eyni tarixdə Suraxanı RPİ 30-cu PB və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Voloşina məxsus mobil telefonu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakinləri Qadir Mirzəyev və Elnur Süleymanov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31