Beyləqandakı qətlə dair RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Beyləqanda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb. Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, noyabrın 1-də Beyləqan şəhərində yaşayan Natiq Quliyevin evinə girmiş naməlum şəxs ona və arvadı Səbahətə küt alətlə xəsarət yetirib hadisə yerini tərk edib. Məlumata görə, evin xanımı Səbahət hadisə yerində ölüb, N.Quliyev isə xəstəxanaya yerləşdirilib. Beyləqan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31