Rusiyada azərbaycanlı qiymətli metal ticarətinə görə həbs olundu
2 Noyabr 2015 11:05 KriminalAbbasov soyadlı Azərbaycan vətəndaşı 30 min rubl müqabilində Rusiyanın Buryatiya vilayətindən Amur vilayətinin Tında şəhərinə gümüş və qızılın qarışığından ibarət külçələr keçirməyə razılaşıb.Oxu.az procrf.ru-ya istinadən xəbər verir ki, Muysk rayon prokurorunun müavini tərəfindən Abbasova qarşı qiymətli metalların qanunsuz saxlanması maddəsi üzrə ittiham irəli sürülüb.Müəyyən edilib ki, Abbasov naməlum şəxsdən 1280 qramdan çox qızıl və gümüş ərintisindən ibarət külçələr alıb ki, bu da qiymətli metalların satış məzənnələri üzrə rubl ekvivalentində təxminən 1 milyon 762 min 15 rubl (27 min 487 dollar) edir.O, 30 min rubl (470 dollar) mükafat məbləğində qiymətli metalı - təbii qızılı Amur vilayətinin Muysk rayonunun Taksimi qəsəbəsindən Tında şəhərinə aparmağa razılaşıb.O, qiymətli metalı torpaqda gizlədib. Abbasov külçələri gizlətdiyi yerdən çıxartdığı zaman saxlanılıb.Bundan başqa, qiymətli metalın müsadirə edilməsindən 17 gün sonra Abbasov yenidən istintaq tərəfindən kimliyi müəyyən edilməmiş şəxslə analoji mükafat müqabilində Tındaya qızıl və gümüşün qarışığından ibarət ümumi çəkisi 1300 qramdan çox olan külçəni aparmağa razılaşıb.Bu külçənin qızıl və gümüş satışı üzrə qiyməti rubl ekvivalentində 1 898 864 (29 622 dollar) rubldur. Külçələri Abbasov özünə məxsus avtomobildə gizlədib, o, yolda saxlanılıb. Qiymətli metal müsadirə edilib.Muysk rayon məhkəməsinin qərarı ilə Abbasova 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası və daha 2 il şərti sınaq müddəti, eləcə də 100 000 (1560 dollar) rubl cərimə cəzası tətbiq edilib.Hökm qanuni qüvvəyə minməyib və şikayət edilə bilər.