Azərbaycanda orta məktəb müəlliməsi qətlə yetirilib

Beyləqan rayonunda daşınan seçki qutusu aparılan evdə meyid aşkarlanıb.

Milli.Az ATV.Az istinadən xəbər verir ki, hadisə rayonda PMK-42 adlanan ərazidə yaşayan Quluyevlər ailəsinin evində qeydə alınıb. Sakinlərin bildirdiyinə görə, ərazi üzrə seçki məntəqəsinin üzvüləri Parkinson xəstəliyiindən əziyyət çəkərən yataq xəstəsi Natiq Quluyevin səs verməsi üçün onların evinə gedirblər. Lakin, evə daxil olarkən Natiqin həyat yoldaşı şəhər 3 saylı orta məktəbin müəlliməsi Səbayət Quluyevanın cəsədini aşkarlayıblar.

Yataqda xəstə yatan Natiq Quluyevin isə müxtəlif xəsarətlər aldığının şahidi olublar. Vəziyyəti görən şəxslər rayon polis şöbəsinə və mərkəzi rayon xəstəxanasına xəbər veriblər.

Natiq Quluyev hazırda rayon xəstəxanasında koma vəziyyətindədir. Hadisənin səbəbi və hansı şəraitdə törədilməsi məlum deyil. Yaxınları bildirib ki, Quluyevlər ailəsinin 2 qızı 1 oğlu var. onların övladları Bakı şəhərində yaşayır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31