“Avista” və “Qlobal press” mətbuat yayım firmasının rəhbəri həbs edildi
9 Oktyabr 2012 16:24 KriminalAzərbaycanda fəaliyyət göstərən iki mətbuat yayımı firmasının rəhbəri həbs edilib. "OLAYLAR"ın məlumatına görə, Azərbaycanda qəzet və jurnal yayımı ilə məşğul olan "Avista" və Qlobal press" mətbuat yayımı firmalarının rəhbəri Kamil Mustafayev saxlanılıb. Firma rəhbəri saxlanılaraq məsuliyyətə cəlb edilib. İlkin məlumata görə, o külli miqdarda vergidən yayınma, dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilir. Kamil Mustafayev həbs ediləndən sonra onun rəhbərlik etdiyi hər iki yayım firması müflis olub və fəaliyyətlərini dayandırıblar. Qeyd edək ki, bu firmaların rəhbəri aylarla qəzetlərə olan borcunu ödəmirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31