Bakıda 9 mərtəbənin şaxtasında meyid tapıldı

Bakıda 9 mərtəbəli yaşayış binasının şaxtasında meyid tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftinin şaxtasında insan cəsədinin olması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, binanın 3-cü giriş hissəsindəki liftin 9-cu mərtəbəsində yerləşən mühərrikxanasında 1 nəfər kişi cəsədi aşkarlanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin mühərrikxanasından cəsədi çıxararaq, hadisə yerində olan hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verib. Əməliyyat saat 17:58-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31