Dəhşətli qətl: müəllimə evində öldürüldü, əri yaralı tapıldı

Beyləqan rayonunda qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun verdiyi məlumata görə, Beyləqan şəhərindəki 3 saylı orta məktəbin Səbahət Quliyeva adlı müəlliməsi evində qətlə yetirilib. Onun həyat yoldaşı Nadir Quliyev isə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisənin təfərrüatları məlum deyil.
Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31