Bakı-Qazax magistral yolunda avtoqəza olub
1 Noyabr 2015 12:35 KriminalBu gün Bakı-Qazax magistral yolunda yol qəzası baş verib. Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yol qəzası magistral yolun 127 kilometrliyində 07 markalı avtomobil yoldakı dəmir maneələrə çırpılıb. Təcili-tibbi yardım maşını hadisə yerindədir, DYP əməkdaşları cəlb olunub. Hadisənin baş verməsinin ilkin səbəbləri kimi yüksək sürət həddi və yağmurlu hava şəraiti göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31