Rusiyada narkotikə görə tutulan şəxs Azərbaycana ekstradisiya edildi, cəzası azaldıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilən Natiq Əliyevin işinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə (narkotik maddələrin qanunsuz dövriyyəsi) təqsirləndirildiyi bildirilib.  O, həmin maddə ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasına Azərbaycanda çəkmək üçün müraciət edib və Azərbaycana ekstradisiya olunub. Hakim Zeynal Ağayev Natiq Əliyevə verilən ittihamı qüvvədə saxlayıb. Onun cəzası Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3 ( külli miqdarda qanunsuz narkotik maddə) maddəsi ilə tənzimlənib. Cəzası 9 il 9 ay təyin olunub.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31