Avtomobildən oğurluq edən şəxslərin qolları qandallanıb

Bakıda avtomobillərdən silsilə oğurluq etmiş şəxslər saxlanıb.DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Salamzadəyə məxsus "Ford" və Turac Lətifovaya məxsus "Hyundai" markalı avtomobillərdən pul, qızıl və məişət əşyaları oğurlamış Bakı şəhər sakinləri Anar Məcidov və Natiq Kərimov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31