“KamAZ” qaçırçış şəxslər saxlanıb
30 Oktyabr 2015 14:22 KriminalAvqustun 18-də Abşeron rayon İxtisaslaşdırılmış Təmir-Abadlıq İdarəsinə məxsus "KamAZ" markalı avtomobili qaçırılıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ və Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Salyan rayon sakini Vurğun Cəbrayılov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun hadisəni oktyabrın 28-də oğurluq etdiklərinə görə tutulmuş İlkin Əliyev və Əhmədağa Cəbrayılovla birgə törətməsi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31