“Milli Ön” ödəmə terminalından pul oğurlanıb

Bakıda "Milli Ön" ödəmə terminalından pul çıxarılıb. DİN-dən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Xocalı prospektində quraşdırılmış "Milli Ön" ödəmə terminalından 1100 manat oğurlamış Bakı şəhər sakini Andrey Pavlenko tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31