Ağstafada 7 otaqlı ev külə dönüb
30 Oktyabr 2015 12:08 KriminalAğstafa rayonu, Qaçaq Kərəm kəndində vətəndaşa məxsus 7 otqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Halar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31