Prokuror dələduzluqda təqsirləndirilən vəkilə 10 il müddətinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək M. Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, M. Bayramova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP">AXCP-dən namizədliyi irəli sürülən üzvü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31