Avtomobillərə qənim kəsilən şəxslər saxlanıb
29 Oktyabr 2015 16:39 KriminalOktyabrın 27-də Nərimanov rayonu ərazisində Vüqar İsmayılzadəyə məxsus "Subaru" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində telefon ləvazimatları olan çanta oğurlanıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini Anar Məcidov və Bakı şəhər sakini Natiq Kərimli tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Əkbər Məmmədova, Natiq Quliyevə, Əsli Ağagülovaya, Aysel Teymurovaya, Kəmalə Əbdülrəhimovaya məxsus avtomobillərdən pul, sənəd və açar oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31