Qırğızıstan vətəndaşı Bakıda qadına zor tətbiq edib

Oktyabrın 28-də paytaxtın Nizami rayonunun İ.Məmmədov küçəsində naməlum şəxs Bakı şəhər sakini Gülnarə Quliyevaya zor tətbiq edib içərisində 60 manat, mobil telefon və digər əşyaları olan çantasını alıb hadisə yerini tərk etməyə cəhd göstərib. DİN-dən verilən məlumata görə, Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Nizami RPİ 24-cü PB-yə təhvil verilib. Onun Qırğısıstan vətəndaşı İsrail Aşurov olması müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31