Bıçaqla hədələyərək pulunu alıblar
29 Oktyabr 2015 16:37 KriminalBakə şəhərind\ə soyğunçuliq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, oktyabrın 28-də Yasamal rayonunun Şərifzadə küçəsində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini Əjdər Əzizlini bıçaqla hədələyərək 500 manatını alıb hadisə yerini tərk ediblər. Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Xıdır Eldarov, Firuz Əlimədətov və Qazax rayon sakini Elşad Mustafayev tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31