Avtomobil qaçıran şəxslər tutulub
29 Oktyabr 2015 16:36 KriminalDİN_dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də Bakı şəhər sakini Qaraş Məmmədova məxsus "Daewoo" markalı avtomobili qaçırmış Seyran Allahverdiyev Goranboy rayonu ərazisində tutulub. Həmçinin Nərimanov RPİ 17-ci PB və Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Talıb Şirinova məxsus "KamAZ" markalı avtomobili qaçırmış Salyan rayon sakinləri İkram Əliyev və Əhmədağa Cəbrayılov tutulub. Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31