Binəqədidə köməkçi tikili yanıb

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, həyətyanı sahədə ümumi sahəsi 80 kv.m olan tikilinin mətbəxində 1 ədəd paltaryuyan maşın və 2 kv.m sahədə mətbəx mebeli yanıb. Mətbəxin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31