Peterburqda azərbaycanlı ailə güllələnib

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı ailənin üzvləri güllələnib. Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Obuxov prospekti, 269 ünvanında baş verib.Naməlum şəxs ər və arvadın kirayədə yaşadığı mənzilə gələrək ov tüfəngindən bir neçə dəfə atəş açıb. Zərərçəkənlər güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər.
Atəş açan şəxs isə saxlanılıb. İnsidentin səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31