62 yaşlı kişinin meyiti bağlı qapı arxasında tapılıb
28 Oktyabr 2015 16:36 KriminalFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər mənzilin giriş qapısını açmış, 1953-cü il təvəllüdlü Yusifov Musa Nuru oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31