Avtomobillərdən oğurluq edənlər ələ keçib
28 Oktyabr 2015 15:03 KriminalXəzər rayonunda oğurliq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Əmiraslan Ələkbərova məxsus "TOFAŞ" markalı və Türkiyə vətəndaşı Şahin Adem Halitə məxsus "Volkswagen" markalı avtomobillərdən pul, maqnitofon və sənəd oğurlamış Bakı şəhər sakinləri Fəqan Əliyev və Tahir Atakişiyev tutulublar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31