Mingəçevir sakini odlu silahla qətlə yetirilib
28 Oktyabr 2015 15:00 KriminalMingəçevirdə odlu silahla qətl hadisəsi törədilib. DİN-dən verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Şakir Əhmədov Bəxtiyar Rəhimovu odlu silahdan açdığı atəşlə qətlə yetirərək hadisə yerini tərk edib. Ş.Əhmədov saxlanıb, onun ətrafında aparılan araşdırmalar zamanı əvvəllər məhkum olması müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31