Bakıda “Qazel” yanıb
28 Oktyabr 2015 13:22 KriminalBakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus "Qazel" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məılumata görə, nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Qəza zamanı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq təcili tibbi yardım xidmətinə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31