Bakıda məktəb direktorunun kabinetindən oğurluq edilib.Bu barədə "Report"a Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.Belə ki, Suraxanı rayonunda yerləşən 85 saylı orta məktəbin direktoru Maksud Əhmədov polisə müraciət edərək otağından oğurluq edildiyini bildirib.Direktorun otağından nə oğurlandığı açıqlanmayıb.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31