Sumqayıt sakinindən odlu silah götürülüb

Sumqayıt şəhər sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Məmmədovdan "Naqan" markalı tapança, 3 ədəd patron və 0,09 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31