Saxta 20-lik əsginazlar peyda olub
27 Oktyabr 2015 16:23 KriminalOktyabrın 26-da Göyşay rayonunun Hacalı kənd sakini Oqtay Osmanova məxsus mağazaya gəlmiş şəxsiyyəti məlum olmayan 3 nəfər ona saxta 20 manatlıq əsginas verib ərzaq məhsulları alıblar. DİN-dən verilən məlumata görə, Göyşay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Abdulla Abdullazadə, Şükür Gözəlov və Bakı şəhər sakini Müşfiq Zalov tutulublar. A.Abdullazadənin Hacalı kəndində yaşayan əmisi Zahir Abdullayevin həyətyanı sahəsinə baxış zamanı 16 ədəd saxta 20 manatlıq əsginas aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31