“Shacman”ın vurduğu piyada yerindəcə ölüb
27 Oktyabr 2015 16:22 KriminalQaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, oktyabrın 27-də saat 01 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsində Xırdalan şəhər sakini Saleh Tapdıqov idarə etdiyi "Shacman" markalı avtomobillə yolun kənarında dayanmış Zaqatala rayon sakini Nəsihət Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31