Avtomobil qaçırmış Gəncə sakinləri tutulub

Avtomobil qaçırmış şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Fəxrəddin Mehralıyevə məxsus "VAZ-2105" markalı avtomobili qaçırmış Gəncə şəhər sakinləri Vüqar Hüseynov və əvvəllər məhkum olunmuş Vüqar İsmayılov tutulublar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31