Qadının evini qarət edən şəxslər saxlanıb

Bakıda mənzil oğrusu tutulub. DİN-dən verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Mahirə Məmmədovanın evindən 2000 manat, geyim və məişət əşyaları oğurlamış rayon sakinləri Elman Rüstəmov və Qədir Rüstəmov tutulublar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31