“Cəllad” öldürüldü

"Zetas" narkomafiyasının rəhbəri Eriberto Laskano Laskano oktyabrın 7-də Meksikanın Koauila ştatında dəniz piyadaları ilə atışmada öldürülüb.
Lent.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, Meksika Hərbi Dəniz Qüvvələrinin komandanlığının təmsilçisi isə öldürülən şəxsin Eriberto Laskano Laskano olduğunun yalnız məhkəmə-tibbi ekspertizadan sonra rəsmən təsdiqlənəcəyini söyləyib.

"Cəllad" ləqəbli Eriberto Laskano Laskano Meksikada ən çox axtarılan təhlükəli cinayətkarlardan biri olub. ABŞ onun yerini deyəcək şəxsə 5 milyon dollar mükafat vəd edib. Meksika hakimiyyəti isə 2 milyon dollar vəd etmişdi. Hələ 2011-ci ilin iyununda Eriberto Laskano Laskanonun atışmada öldürüldüyü barədə xəbər yayılsa da, sonradan bu məlumat təsdiqini tapmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31