“Mersedes”in vurduğu piyada hadisə yerində ölüb
26 Oktyabr 2015 16:52 KriminalNovxanıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, oktyabrın 25-də saat 21 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Goradil qəsəbə sakini Pərviz Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Cəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31